Ağdamdakı yanğın söndürüldü - FOTO / YENİLƏNDİ
Ağdam rayonunun Qaradağlı kəndində mağazaya düşən ildırım nəticəsində baş verən yanğın söndürülüb.
Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, yanğın Qaradağlı kənd sakini İbadov Fikrət Soltan oğluna məxsus mağazada qeydə alınıb.
İyunun 14-də səhər saatlarında Ağdam rayonunda mağazaya düşən ildırım yanğına səbəb olub.
Yenicag.az xəbər verir ki, hadisə Ağdam rayonunun Qaradağlı kəndində baş verib. İldırım kənd sakini İbadov Fikrət Soltan oğluna məxsus mağazaya düşüb və yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğının yaxınlıqdakı evə keçməsinin qarşısı alınıb. Hazırda yanğının söndürülməsi üçün lazımi tədbirlər görülür.













