!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda Rusiyadanqaçma MEYLİ: “Kreml Paşinyanı məhz ermənilərə söydürməklə...”

!Reklam – Yazi

“Ermənilərin nə yüz il əvvəl, nə də daha yaxın müddətdə dövlət qurmaq imkanları olub”.

Bu fikirləri Rusiya ictimai rəyində Ermənistanın baş naziri Nikola Paşinyana yönəlik qəzəb və hiddəti dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyada Paşinyanı söyənlər sırasında erməni əsilli ekspertlərin öndə gəlməsi təsadüfi deyil:

“Rusiyanın rəsmi təbliğat vasitələrinin, o cümlədən, sözdə müstəqil informasiya kanallarının yayımlarına nəzər saldıqda açıq görürük ki, Ermənistanın baş naziri Nikol Paşinyana yönəlik nifrət son həddədir. İstər rəsmi şəxslər, istərsə də ekspert cameəsi Rusiya-Ermənistan münasibətlərinin indiki durumu haqda danışarkən, mütləq qaydada Paşinyanın “pozucu fəaliyyət”inə vurğu edirlər.

Həqiqətən də, Ermənistan hakimiyyətinin öz siyasətində getdikcə daha qabarıq şəkildə Qərbə yönəlməsi Rusiyada birmənalı reaksiya doğurur. Orada hesab edirlər ki, ermənilər və Ermənistan xalq və dövlət olaraq, indiki mövcudluqları üçün Rusiyaya borcludurlar. Təbii ki, onlar bu yanaşmalarında heç də haqsız deyillər.

Çünki ermənilərin Qafqaza köçürülməsi, onlara himayədarlıq edilməsi, hətta biizim tarixi torpaqlarda onlara süni dövlət qurulmasında əsas rol Rusiyaya məxsusdur. Ermənilərin nə yüz il əvvəl, nə də daha yaxın müddətdə dövlət qurmaq imkanları olub. Ona görə də, Paşinyanın Qərbyönümlü siyasət yürütməsi Rusiyanı bu qədər qəzəbləndirib.

Maraqlı məqam budur ki, diqqət etmisinizsə, Rusiyada Paşinyanı hədəfə alanların önündə erməni mənşəli ekspertlər və ya jurnalistlər gəlir. Bu taktika ona hesablanıb ki, Paşinyanı ermənilərə söydürməklə, Ermənistanın Rusiyaya möhtac olduğu qənaətinin yox olmasının qarşısı alınsın. Bununla belə, Ermənistan rəsmilərinin Rusiya ilə bağlı açıqlamalarının məzmunu onu göstərir ki, İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”.

A.Zeynalov

COP29

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv