“Erməni xislətində yalançılıq, yalvarmaq, göz yaşı axıtmaqla özünü qorumaq adi haldır. O, Putini inandırmaq üçün müxtəlif cəhdlər edəcək”.
Bunu Yenicag.az-a açıqlamasında oktyabr ayı üçün gözlənilən Ermənistanın baş naiziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşünün mahiyyətini şərh edən politoloq Rəfail Becanov deyib.
Onun sözlərinə görə, Paşinyanın Rusiyaya səfəri və Putinlə görüşməsi ilə bağlı təsdiqlənmiş məlumat olmasa da, gözləniləndir.
“Çünki Paşinyanı çətin payız ayları gözləyir.
Keşiş Baqratın timsalında onun alternativləri yenidən fəallaşmağa cəhd edirlər. Bu isə Paşinyanı ciddi narahat edir. O, bilir ki, alternativləri Rusiya tərəfindən dəstək alır. Çünki özü Ermənistanı addım-addım Rusiyadan uzaqlaşdırmaq yolunu tutub. Moskva isə İrəvanı öz orbitində saxlamaq istəyir”, – deyə o vurğulayıb.
Politoloq əlavə edib ki, Paşinyan faktiki Ermənistanı Fransaya icarəyə verib.
“Bütün siyasətini Fransanın diktəsi ilə həyata keçirir. Rusiya tərəfi bunu açıq-aydın görür, rəsmilər səviyyəsində müxtəlif çıxışlarda reaksiya verirlər. Bu baxımdan, ola bilsin ki, o, Rusiyanı neytrallaşdırmaq üçün müəyyən manevrlər etsin. Erməni xislətində yalançılıq, yalvarmaq, göz yaşı axıtmaqla özünü qorumaq adi haldır. Paşinyandan da bunu gözləmək olar. O, Putini inandırmaq üçün müxtəlif cəhdlər edəcək”, – deyə o bildirib.
Politoloq qeyd edib ki, Ermənistan Avropa İtttifaqına (Aİ) üzv olmaq üçün ciddi şəkildə fəaliyyətdir.
“Paşinyanın partiyası Aİ-yə üzv olmaq məsələsini referenduma çıxarmaq niyyətilə imzatoplama kampaniyasına belə, başlayıb.
Ümumiyyətlə, Paşinyan yalançı siyasətçidir. Siyasətdə müxtəlif taktiki addımlarla ölkənin mənafeyini qorumaq qəbul olunsa da, yalan qəbulolunmazdır. O isə hər dəfə bir yalan danışır, öhdəlik götürür və imtina edir. Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı da eyni cür hərəkətlərin şahidi oluruq. Bütün bunların arxasında hakimiyyətinin ömrünü uzatmaq dayanır.
Yayılan məlumatlarla Paşinyan əleyhdarlarının tərəfdarlarını neytrallaşdırmaq məqsədi ilə də bu kimi xəbərlərin dövriyyəyə buraxılmasını təşkil edə bilər”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az