!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistandan Azərbaycan və Türkiyəyə ərazi İDDİALARI: “Referendum keçirilə bilər...”

!Reklam – Yazi

“Bu gün Ermənistan Konstitusiyasında Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları var”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

Politoloq Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı yayımladığı bəyanata münasibət bildirib.

S. Kərimli xatırladıb ki, “Böyük Ermənistan”, habelə “Dənizdən dənizə Ermənistan” kimi cəfəng və sərsəm iddialar bu gün Ermənistan Konstitusiyasında təsbit olunur:

“Eyni zamanda, Ermənistanın dövlət gerbində belə qonşulara ərazi iddiaları nəzərdə tutan elementlər var. Təbiidir ki, bütün bunlar Azərbaycanla sülh müqaviləsinin imzalanmasında, eləcə də sağlam siyasi münasibətlərin formalaşdırılması prosesində çox ciddi maneədir. Çünki Ermənistanın dövlət səviyyəsindəki Konstitusiyasında və atributlarında qonşulara qarşı ərazi iddiaları varsa, burada səmimi sülhdən söhbət gedə bilməz və sülh müqaviləsinin imzalanması real görünməz”.

Onun sözlərinə görə, Ermənistanın hazırkı siyasi rəhbərliyi çox yaxşı anlayır ki, sülhə gedən yolda Konstitusiyaya müəyyən düzəlişlər olmalıdır:

“Hesab edirəm ki, sülh müqaviləsinin imzalanması bununla daha da tezləşə bilər. Ona görə də Ermənistan rəhbərliyi tez bir müddətdə referendum təyin edib Konstitusiya islahatlarını həyata keçirə bilər ki, növbəti mərhələdə Azərbaycanla da sülh müqaviləsi imzalansın. Onsuz da qarşıdakı aylarda kifayət qədər vaxt da mövcuddur. Azərbaycan dövləti də israrlı və qərarlıdır ki, Ermənistan bu cür maneələri aradan qaldırandan sonra Azərbaycanla sülh müqaviləsi imzalasın. Fikrimcə, Azərbaycan həmişə olduğu kimi, yenə də öz istəklərinə nail ola biləcək”.

Rafi Müslümov

COP29

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv