!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanı bürüyən SİYASİ BÖHRAN: “Qarabağ klanı”nın hansı addımı atacağı bilinmir” – Elxan Şahinoğlu

!Reklam – Yazi

“Müxalifət hökumətin istefasını və məlum anlaşmadan imtina olunmasını tələb edir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə olunmuş anlaşmanın işğalçı ölkədə doğurduğu siyasi böhranın mümkün nəticələrini şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, İrəvanda başlayan etiraz aksiyaları fonunda Paşinyanın istefaya gedəcəyi hələ gözlənilmir:

“Əslində, Ermənistan rəhbərliyinin bu anlaşmaya razılıq verməsi işğalçı ölkənin məğlubiyyətinin etirafıdır. Bu addım gözlənildiyi kimi, Ermənistanda kəskin siyasi böhrana yol açıb. Müxalifət hökumətin istefasını və məlum anlaşmadan imtina olunmasını tələb edir.

Bununla belə, mən təzyiqlərə baxmayaraq, Paşinyanın öz hakimiyyətini qoruyacağını düşünürəm. Çünki İrəvanda gecə baş tutan etiraz aksiyasında iştirak edənlərin sayl elə də çox deyildi.

Lakin onlar özləri də başa düşməlidirlər ki, Ermənistan bu addımı atmaqla, böyük yükdən qurtuldu. Çünki Qarabağ Ermənistanın büdcəsinə böyük yük idi. Lakin “Qarabağ klanı” ilə hərbçilərin bu anlaşmaya cavabının nədən ibarət olacağı hələ məlum deyil”.

Aqil Bəkir

www.yenicag.az

668
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv