!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın ABŞ və Avropa İttifaqı ilə keçiriləcək görüşü: “Azərbaycanın narahatlığı nəzərə alınıb” - Politoloq

!Reklam – Yazi

“Ermənistan Qəbin istədiyi şəkildə Rusiyaya arxa çevirməsi üçün ilk olaraq onun iqtisadi cəhətdən Rusiyadan asılılığına son qoyulmalıdır”. 

Bu sözləri Ermənistanla Avropa İttifaqı və ABŞ arasında keçiriləcək görüşü şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, ABŞ və Avropa İttifaqı Azərbaycanın narahatlığını nəzərə alıb:

“Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Piter Stano və eləcə də ABŞ Dövlət Departamentin rəsmi nümayəndəsi Metyu Miller Brüsseldə keçiriləcək görüşlə bağlı açıqlamalarında Ermənistana “təhlükəsizlik zəmanətləri”nin müzakirə olunmayacağını və bu görüşdə əsas diqqətin Ermənistan iqtisadiyyatının sabitliyinə və bu ölkə ilə ikitərəfli əməkdaşlığa yönəldiləcəyini bildiriblər.

Piter Stano görüşdə “Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və sülh danışıqları məsələləri”nin müzakirəsinin nəzərdə tutulmadığını, Miller isə Azərbaycanla Ermənistan arasında münasibətlərin müzakirəsinin mümkünlüyünü ancaq bunun diqqət mərkəzində olmayacağını bildirib”.

Y.Bağırzadənin sözlərinə görə, bu açıqlamalar onu deməyə əsas verir ki, həm ABŞ, həm də Avropa İttifaqı rəsmi Bakının Brüsseldə keçiriləcək görüşün xoşniyyətli olmayacağına dair narahatlığını nəzərə alıb.
“Onlar eyni şəkildə Ermənistana bu cür zəmanət verilməsi halında yarana biləcək riskləri də nəzərə alıblar. Belə ki, Ermənistan hər nə qədər KTMT üzvülüyünü dondursa da, amma rəsmi olaraq hələ də bu hərbi ittifaqın üzvü qalmaqda davam edir. Ermənistan hərbi qüvvələrinin hələ də rus təsiri altında olduğu da məlumdur. Belə olan halda, Ermənistana təhlükəsizlik zəmanəti verilməsi və onların Qərb silah və texnikası ilə təmin olunması böyük risklər yaradır. Xüsusilə də ABŞ Qərb hərbi texnikasının Rusiyanın əlinə keçməsindən narahatdır. Ona görə də görüşdə təhlükəsizlik zəmanəti məsələsi deyil, Ermənistan iqtisadiyyatı ilə bağlı məsələlər əsas diqqət mərkəzində olacaq”, – deyə o əlavə edib.

Politoloq bildirib ki, istər enerji, istər qida, istəq nəqliyyat infrastrukturu baxımından Rusiyadan asılı olan bir ölkənin Qəbin istədiyi şəkildə Rusiyaya arxa çevirməsi üçün ilk olaraq onun iqtisadi cəhətdən Rusiyadan asılılığına son qoyulmalıdır:

“Yalnız bu baş verəcəyi halda Ermənistan KTMT-dən, Avrasiya İqtisadi İttifaqından və Kömrük İttifaqından çıxmaq haqqında qərar qəbul edə bilər. Ancaq ABŞ-ın və Avropa İttifaqının bütün səylərinə baxmayaraq Ermənistanın Rusiyadan asılılıqdan qurtarmasının ən mümkün yolu Azərbaycanla sülh sazişi bağlanmasından və müvafiq olaraq Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Ermənistan ancaq bu halda regional layihələrdə iştirak etməklə və Türkiyə iqtisadiyyatının Ermənistan daxil olması ilə Rusiya asılılığından qurtara bilər”.

Səxavət Məmməd

 

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv