Ermənistanın baş naziri istefaya gedir: Paşinyan partiyasının təcili iclasını ÇAĞIRDI

media-hightechnic-468x90

Ermənistanın Baş naziri Niko Paşinyan partiyanın təcili iclasını çağırıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, Azərbaycanın işğal altındakı kəndlərlə ilə bağlı tələbləri o qədər dərinləşib ki, Paşinyan vəziyyəti yumşaltmaq üçün istefa vermək qərarına gəlib.

“Baş nazir hesab edir ki, bu, onun və hökumətinin xilası olacaq. Paşinyan partiyadakı müzakirələrdən sonra növbədənkənar parlament seçkilərinin sentyabrın 10-da keçirilməsi barədə qərar qəbul edib. Bu, Paşinyanın öz canını xilas etmək üçün növbəti şansıdır”, – deyə erməni nəşri qeyd edib.

Xatırladaq ki, son günlər Ermənistan siyasi hakimiyyətinin təmsilçiləri işğal altında olan Azərbaycan kəndlərinin geri qaytarılması yönündə bir sıra çıxışlar ediblər.

Sözügedən çıxışlar müxalif erməni mətbuatı tərəfindən birmənalı qarşılanmayıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600