!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın bəyanatlarının arxasındakı SƏBƏBLƏR - "Böyük sülh sazişi real deyil" - POLİTOLOQ

!Reklam – Yazi

“Hərbi qələbədən sonra ölkəmizin qarşısındakı əsas və mürəkkəb istiqamət münaqişənin siyasi-diplomatik həllinə yönəlik fəaliyyətin gücləndirilməsidir. Bu sahədə Ermənistanla müqayisədə müəyyən zəif cəhətlərimiz var. Daxili zəif cəhədlərimizin təfərrüatlarına toxunmadan qeyd edim ki, Ermənistan öz hərbi məğlubiyyətinin əvəzini masada çıxmağa çalışır”.

Bu fikri Ermənistan baş naziri ilə Azərbaycan prezidenti İlham Əliyev arasında baş tutacaq görüş ərəfəsində erməni tərəfinin kəskin mövqeyini şərh edən politoloq Nəsimi Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Nəsimi Məmmədli bildirib ki, Azərbaycan hakimiyyəti Paşinyanın siyasi-psixoloji durumunu anlayır və onun bəyanatlarının daxili auditoriyaya yönəldiyinin fərqindədir:

“Ermənistan hökumətinin cəsarətli bəyanatlarının arxasında bir neçə əsas xarici və daxili səbəb var.

İlk növbədə Rusiya sülhməramlı kontingentinin Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə qarant olması, ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin öncəki danışıqlar formatını bərpa etmək cəhdləri və bu dövlətlərin Ermənistana daha isti münasibəti Paşinyanı diplomatik müstəvidə cəsarətləndirir.

Digər amil isə Ermənistan müxalifətinin və ictimaiyyətinin ehtimal olunan keçid sülh razılaşmalarına etirazları ilə bağlıdır. Hazırda Ermənistanda Paşinyanı xəyanətdə ittiham edən, istefaya çağıran etiraz aksiyaları var. O, daxili auditoriyanın ovqatını nəzərə alaraq danışır.

Azərbaycan hakimiyyəti Paşinyanın siyasi-psixoloji durumunu anlayır və onun bəyanatlarının daxili auditoriyaya yönəldiyinin fərqindədir. Ona görə də rəsmi şəkildə bu bəyanata xüsusi əhəmiyyət veriləcəyini zənn etmirəm. Eyni zamanda Paşinyanın bəyanatlarının Soçi görüşünə hansısa ciddi təsir edəcəyini də düşünmürəm.

Bütün dünyanın sülhdən danışdığı, çağırış etdiyi bir şəraitdə Azərbaycanın da buna uyğun davranması, sülhə hazır olduğunu nümayiş etdirməsi vacibdir. Təbii ki, böyük sülh sazişi hələ real deyil. Lakin, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiya xətlərinin açılması istiqamətində müəyyən rəsmi razılaşmaların olması realdır. Hətta rəsmi sənədlər imzalanmasa belə, bu istiqamətdə müsbət irəliləyişlərin olacağını istisna etmirəm. Qarabağ daxili hərbi-siyasi vəziyyət isə hələ çox mürəkkəb fazadadır. Bu istiqamətdə aydınlaşma üçün müəyyən zaman tələb olunacaq”.

Səxavət Məmməd

www.yenicag.az

615
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv