Ermənistanın “Çıxış Bileti”: Sülh müqaviləsi olmadan Avropa YOLU BAĞLIDIR

media-hightechnic-468x90

 

“Ermənistan hökumətinin yeganə yolu üçtərəfli bəyannamədən yer alan öhdəliklərin heç bir maneə olmadan həyata keçirilməsini təmin etməkdir”.

Bu fikirləri Yenicag.az-a Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib.

media-011dd6ee-6665-497e-b2e9-212bb23b5893

Əli Zülfüqaroğlu, Ermənistanın baş naziri Nikol Paşinyanın, bu gün Azərbaycanla infrastruktur və nəqliyyat marşrutunun açılmasına dair bu gün etdiyi bəyanatları şərh edərkən, Ermənistanın üçtərəfli bəyannaməyə sadiq qalmasının vacibliyini qeyd edib:

“Ermənistan dəfələrlə bəyan edib ki, üçtərəfli bəyannamənin şərtlərindən irəli gələn tələbləri yerinə yetirəcək və bununla bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat verməyə ehtiyac duyur. Təbii ki, üçtərəfli bəyannamədə əldə olunan razılaşmalar, Azərbaycan tərəfindən irəli sürülən şərtlərin həm Ermənistan, həm də Vaşinqton tərəfindən qəbul olunması deməkdir.”

Siyasi ekspert Ermənistanın əvvəlki dövrlərdəki mövqeyindən fərqli olaraq, artıq Azərbaycanla münasibətlərdə daha adekvat və sülh yönümlü siyasət sərgilədiyini qeyd edib:

“Ermənistan baş naziri Paşinyan,  ‘Real Ermənistan’ konsepsiyası ilə çıxış edir və indiyə qədər Ermənistanın yürütdüyü xarici siyasətin Ermənistan dövlətinin və erməni xalqının gələcəyi üçün fəlakət vəd etdiyini başa düşür. Ona görə də başa düşür ki, reallığa uyğun və ədalətli siyasət ilk növbədə Ermənistanın perspektivi üçün şərait yaradacaq. O cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı da biz bunu deyə bilərik. Məlumdur ki, Ermənistanın dəniz sərhədi yoxdur. Digər tərəfdən, Azərbaycanın ən böyük müttəfiqi Türkiyə, eyni zamanda uzun illər ərazilərini işğal etdiyi üçün heç bir əlaqələri olmayan Azərbaycanla münasibətlərində problemlər var. Buna görə də, biz Paşinyanın son fəaliyyətinə nəzər salsaq görərik ki, revanşistlər tərəfdən sərt təzyiqlərə və təxribat cəhdlərinə rəğmən adekvat siyasət yürütməyə çalışır. Buna görə də Ermənistanın inkişafı və dövlət kimi qalmasının yeganə yolu qonşularla normal münasibətlərin qurulmasıdır. Bu baxımdan Ermənistan da başa düşür ki, sülh müqaviləsi imzalanmadan Ermənistanın Türkiyə ilə quru sərhədləri aça və Türkiyə üzərindən Avropaya çıxış əldə edə bilməz.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa