!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistanın keçmiş və indiki rəhbərliyi arasında qarşıdurma kəskinləşdikcə....” – ŞƏRH

!Reklam – Yazi

“Tarixi təcrübədən də məlumdur ki, məğlub ölkələrdə belə vəziyyətlərin yaranması labüddür”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanla ölkənin sabiq iqtidar mənsubları arasında kəskinləşən qarşıdurmanın mümkün nəticələrini dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu vəziyyət 4 günlük müharibədə məğlub edilmiş Ermənistanda daxili gərginliyi daha da artıracaq:

“Paşinyanın son çıxışlarında Azərbaycan, o cümlədən Türkiyə ilə münasibətlərin normallaşması və bu prosesi şərtləndirən amillərlə bağlı fikirləri Ermənistanın keçmiş iqtidarlarını fəallaşdırıb.

Onlar indiki situasiyada Paşinyanı təslimçilikdə suçlayaraq, öz mövqelərini möhkəmləndirməyə, nəticədə itirdikləri hakimiyyəti yenidən ələ keçirməyə çalışırlar.

Açığı, bu polemikada onların hansının haqlı olub-olmadığı bizə maraqlı deyil. Əsas olan Azərbaycan ərazilərini uzun müddət işğal altında saxlayan Ermənistanda yaranmış bu gərginlikdən yetərincə faydalanmaqdır.

Təbii ki, indi Paşinyan öz hakimiyyətini qorumağa, sabiqlər isə revanşa cəhd göstərir. Tarixi təcrübədən də məlumdur ki, məğlub ölkələrdə belə vəziyyətlərin yaranması labüddür. Ermənistanın keçmiş və indiki rəhbərliyi arasında qarşıdurma kəskinləşdikcə, mövqeləri də zəifləyəcək.

Ona görə də Azərbaycanın mövcud şəraitdə Ermənistanı öz öhdəliklərini qısa müddətdə yerinə yetirməsi üçün təzyiqləri artırması zəruridir. İndiki daxili siyasi gərginlik fonunda Ermənistan rəhbərliyi qeyd olunan reallığı nəzərə almaq məcburiyyətində qalacaq”.

A.Zeynalov

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv