!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın puç olan SƏRSƏM XƏYALLARI: "Bu tələbin irəli sürülməsi belə yanlışdır"

!Reklam – Yazi

“Ermənistan Azərbaycanı yox, Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etməlidir”.

Bu sözləri ötən gün keçirilən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın irəli sürdüyü əsas iddiaların təmin edilməməsini dəyərləndirən siyasi şərhçi Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, nəticədə rəsmi İrəvan Brüssel görüşü öncəsi nail olmaq istədiyi hüquqi üstünlükdən məhrum olub:

“Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın irəli sürdüyü iddiaları təmin etməməsi düzgün qərardır və hər birinin də konkret səbəbi var. Birincisi, məhkəmə Ermənistanın əsas məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiası”nı təmin etmədi. Erməni tərəfi iddia edir ki, Azərbaycanda “müharibə məhbusları” məhz erməni əsilli olduğu üçün saxlanılır. Yəni ermənilər bu iddianı etnik nifrət kontekstində irəli sürüblər. Məsələ ondadır ki, hazırda Azərbaycanda Ermənistanın qeyd etdiyi kimi ”müharibə məhbusu“ yoxdur. Rəsmi Bakı 44 günlük müharibə zamanı hərbi əsir kimi ələ keçirilən erməni hərbçilərini elə müharibə gedişində beynəlxalq hüquqa uyğun olaraq rəsmi İrəvana təhvil verib. 10 noyabr bəyanatı sonrası Azərbaycanın ələ keçirdiyi erməni hərbçilər isə heç bir halda hərbi əsir və ya Ermənistanın dediyi kimi, “müharibə məhbusu” adlana bilməz. Bu gün Azərbaycanda erməni əsilli vətəndaşlar yaşayır. Bu günə qədər də onlara qarşı etnik zəmində zorakılıq ya da nifrət ünsürləri sərgilənməyib. Görünür, Beynəlxalq Ədalət Məhkəməsi də Ermənistanın bu təklifini məntiqsiz və əsassız sayıb ki, onu təmin etməyib.

İkincisi, Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin edilməyib. Ümumiyyətlə, belə bir tələbin irəli sürülməsi yanlışdır. Heç bir ölkə başqa bir ölkə ərazisində salınan parkın bağlanmasını tələb edə bilməz. Ona görə ki, bu təklif Azərbaycanın daxili işinə qarışmaq deməkdir. Bundan başqa, bu və bu kimi parkların salınmasını məhdudlaşdıran və ya qadağa edən beynəlxalq konvensiya yoxdur. Dünyanın bir çox ölkəsində bənzər parklar və ya hərbi muzeylər mövcuddur.

Üçüncüsü, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiasını təmin etməyib. Hesab edirəm ki, bu məsələdə Ermənistan Azərbaycanı yox, Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etməlidir. Ermənistanın başda Xocalı soyqırımı olmaqla 90-cı illərdə törətdiyi çoxsaylı cinayətlər insan haqqlarının kobud şəkildə pozulmasıdır”.

Turan Rzayev bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın iddialarına baxmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut, dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır:

“Azərbaycanın əsaslı arqumentləri və təqdim etdiyi sənədlər Ermənistanın bütün əsassız iddialarını çürütdü. Bundan başqa, Azərbaycanın sübut və dəlilləri məhkəməyə təqdim etməsi nəticəsində məhkəmə Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar verdi”.

Gülşən Şərif

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv