!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın revanşist DİRƏNİŞİ: "İrəvan özbaşına deyil ki, istədiyini edə" - ŞƏRH

!Reklam – Yazi

“Ermənistan tərəfi düzgün siyasi addım atmalıdır, çünki başqa alternativi yoxdur”. 

Bu sözləri Azərbaycanın Gorus-Qafan yolunda öz nəzarətində olan ərazilərdə sərhəd və gömrük nəzarətinə başlamasına dair xəbərlərə münasibət bildirən Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistanın kommunikasiyaların açılmasının tərəfdarı olsa da, dəhliz məsələsinin müzakirə olunmayacağı ilə bağlı açıqlamasını dəyərləndirən Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, politoloq Elman Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Politoloqa görə, Paşinyanın fikirləri heç bir məntiqə sığmır və dəhliz məsələsi ilə bağlı qərar sırf Ermənistana aid mövzu deyil:

“Ermənistanın nəzərdə tutduğu kommunikasiya anlaşması yolverilməzdir. Azərbaycan ərazisindən yol verəcəksə, Ermənistan da verməlidir. Bu baxımdan, dəhlizin açılmasına şübhə olmasın. Ermənistan özbaşına deyil ki, istədiyini edə. Prezident İlham Əliyev Türkiyədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə bildirdi ki, Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək.

Sadəcə iki amil Ermənistan hakimiyyətini tam uzlaşmağa qoymur. Birincisi, daxili və xarici təhrikçilər, ikincisi, Ermənistanın Azərbaycanın qələbəsini həzm edə bilməməsi və hələ də revanşist fikirlərinin olmasıdır. Ümumilikdə, iki tərəf arasında böyük eskalasiyalar azalıb. İndi sülhə, əməkdaşlığa baxmaq lazımdır. Ermənistan tərəfi düzgün siyasi addım atmalıdır, çünki başqa alternativi yoxdur. Azərbaycanın isə itirəcəyi bir şey yoxdur. Sadəcə Azərbaycan istəyir ki, məsələlər sülh amili ilə həll edilsin”.

Gülşən Şərif

www.yenicag.az

1094
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv