Ermənistanın sabiq baş nazirinin qardaşı həbs edildi

İrəvan məhkəməsi Ermənistanın keçmiş baş naziri Ovik Abraamyanın qardaşı Conik Abraamyanın həbs edilməsi barədə qərar çıxarıb.

Yenicag.az xəbər verir ki, C.Abraamyanın barəsində iri həcmdə silah-sursatın qanunsuz əldə edilməsi və saxlanılmasına dair ittiham irəli sürülüb.

Məhkəmə C.Abraamyanın barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib, araşdırma aparılır.

Qeyd edək ki, C.Abraamyan 2008-ci il martın 1-də müxalifətin etiraz aksiyası zamanı baş vermiş qətl işlərində günahlandırılır.

Xatırladaq ki, O.Abraamyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri vəzifəsində çalışıb.

COP29