!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Ermənistanın səsi” Bakıya niyə gətirilir? – Araşdırma – VİDEO

!Reklam – Yazi

photo_16341“Reaksiya Media Group”nun araşdırmalarına əsasən ölkəmizdə sabah başlayacaq “Formula – 1” yarışları çərçivəsində 2013 -ci il “Yeni dalğa” musiqi yarışmasının qalibi, kubalı müğənni Roberto Kel Torres də Bakının qonağı olacaq.

Hə, “burda nə var ki?” – deyəcəksiniz, elə deyil? O, var ki, kubalı müğənni heç bir ay belə yoxdur ki, Ermənistanda özünün müəllifi olduğu “Armenia” adlı mahnısına klip çəkdirib, 27.05.2016 – cı il tarixdə isə klip “Youtube” sosial şəbəkəsinə yerləşdirilib. Klip də maşaallah, namxuda qəşəng sublimal mesajlarla doludur. Lavaş, dolma, balaban… İndi görürəm ki, yenə üzünüzdə qəribə bir ifadə yarandı: yenə dolma, yenə lavaş?! Bəli, məhz dolma, lavaş və digər dəyərləri öz adına çıxaran oğru qonşularımız əməli – başlı maliyyə ayırıb informasiya müharibəsində növbəti gedişlərini etdilər. Hətta, Ermənistanın varlığından belə birxəbər olan hər hansı bir dinləyicidə bu kubalı müğənninin mahnısı ilə Qarabağı işğal edən, monoetnik dövlətə çevrilən ölkə ilə bağlı yanlış da olsa, dolğun məlumat yaranır. Rejissoru Aramayis Hayratepyan, operatoru Suren Tadevosyan olan “Armenia” mahnısı başdan sona erməni heyranlığı ilə doludur. “Mi voz cantará siempre para tu pueblo, Armenia!”(“Mənim səsim daim sənin millətin üçün oxuyacaq, Ermənistan!”) – Mahnıda qeyd olunan bu bir cümlənin özü belə ermənilərin kubalı müğənnidə necə böyük “təəssürat” yaratdığının bariz nümunəsidir. Həmçinin qeyd edək ki, həmin müğənni dəfələrlə Ermənistanda solo konsertlə çıxış edib. Bəs, maraqlıdır, “Formula 1” yarışlarının Azərbaycan tərəfdən olan təşkilatçılarının bu sözügedən klipdən xəbərləri olmayıbmı? Ümumiyyətlə, bu məşhur müğənniləri dəvət edərkən onların yaradıcılıqları araşdırılıbmı görəsən? Niyə bu dövlətin pulları hansısa Ermənistanla bağlı yazdığı mahnıya klip çəkdirən, mahnı boyunca durmadan erməniləri tərifləyən hansısa kubalı müğənninin cibinə getməlidir?

Oxucularımıza həmin klipi təqdim edirik:(reaksiya)

 

www.yenicag.az

879
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv