!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın SİYASİ OYUNBAZLIĞI: "Azərbaycan qiyamətə qədər oturub səbir edən deyil"

!Reklam – Yazi

“Azərbaycan qiyamətə qədər oturub siyasi oyunbazlığa səbir edən deyil”.

Bu fikri regionda artan gərginliyi dəyərləndirən AĞ Partiya başqanı Tural Abbaslı Yenicag.az-a açıqlamasında səsləndirib.

Tural Abbaslı bildirib ki, Azərbaycan sülhə məcburetmə əməliyyatları keçirməyə məcburdur:

“Regionda gərginliyin olması faktdır və bunu dünyadakı siyasi institutların hamısı görür və bilir. Böyük ölkələr görməzdən gəlsə də, gərginliyin səbəbkarı Azərbaycan deyil. Gərginliyin səbəbkarı Ermənistanda və Qarabağdakı separatçı rejimin tutduğu destruktiv mövqe, atdıqları imzalara hörmət etməmələridir. Azərbaycan sona, qiyamətə qədər oturub gözləyə bilməz ki, ermənilər nə vaxt ağıllanacaq. Azərbaycan məcburdur ki, sülhə məcburetmə əməliyyatları keçirsin.

Bu ilin noyabrında müharibənin 3 ili tamam olacaq. Müharibə bitəndən bu günə qədər Ermənistan üzərinə düşən öhdəliklərin heç birini icra etməyib. Nə silahlı birləşmələri Qarabağdan çıxarıb, nə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında dəhlizin açılmasına imkan verib, nə də azərbaycanlıların Xocalı, Xankəndi və dogər ərazilərə dönüşünü təmin edib.

Azərbaycan əslində əzələ nümayişi, güc göstərməli idi. Azərbaycan qiyamətə qədər oturub siyasi oyunbazlığa səbir edən deyil. Dövlətimiz bu probelmi həll edib, inkişaf mərhələsinə qədəm qoymalıdır. Bu problem həll olmadıqca, nə Cənubi Qafqazda, nə digər region ölkələrdə normal inkişaf gedəcək”.

Səxavət Məmməd

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv