Cənubi Azərbaycanın Təbriz şəhərində Ermənistanın Baş Konsulluğunun açılması üçün hazırlıq işləri aparılır .
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Hazırda hazırlıq işləri gedir. Departament müvafiq olaraq növbəti dəyişikliklər barədə sizə məlumat verəcək”, – XİN-dən bildiriblər. Xatlırladaq ki, 2023-cü il dekabrın 17-də İranın xarici işlər naziri Abdullahianın İrəvana səfəri zamanı Təbrizdə Ermənistan konsulluğunun açılması ilə bağlı razılığın əldə olunduğu açıqlanıb .
O qeyd edib ki, diplomatik nümayəndəlik 2024-cü ilin ilk həftələrində açıla bilər.
Xuraman Etibarlı
www.yenicag.az