!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistanla Azərbaycan arasında yeni gərginlik bundan asılıdır" - Zaxarova

!Reklam – Yazi

“Ermənistan Qarabağla bağlı qərarları NATO-nun təsiri altında verib”.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Rusiya XİN nümayəndəsi qeyd edib ki, Moskva regionda genişmiqyaslı müharibənin başlamasının qarşısını almaq üçün dəfələrlə bütün imkanlardan istifadə edib: “Regionda vəziyyətin gərginləşdiyi dövrdə Moskva və KTMT-nin Ermənistana kömək etməməsi barədə deyilənlər yalandır. Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşdikdən sonra verib. Mən İrəvanın Qarabağla bağlı qəbul etdiyi qərarlara görə Rusiya və KTMT-nin günahı olduğuna inanan və bu ideyanı yayanların hamısını ittiham edirəm”.

Onun sözlərinə görə, Qərb dövlətləri Ermənistanın Qarabağdan rəsmən çıxarılması mövzusunu təbliğ edirdilər.

Zaxarova onu da qeyd edib ki, Ermənistanla Azərbaycan arasında yeni gərginlik yalnız rəsmi İrəvanın Aİ, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməsinə nə dərəcədə imkan verəcəyindən asılıdır./unikal

COP29

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv