Alen Simonyan istefa verdi

media-hightechnic-468x90

Ermənistan parlamentinin spikeri Alen Simonyan parlament mandatından istefa verib. 

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

“Mən mandatı götürməyəcəyəm və parlamentə deputat kimi işləməyə gəlməyəcəyəm. Əvvəlcə bir az dincəlmək istəyirəm.

“Heç bir vəzifə əbədi deyil. Mən fəal siyasətçi olmağa davam edəcəyəm, siyasətdən getməyəcəyəm, siyasət səhifəsini bağlamıram”, – deyə o açıqlayıb.

Onun sözlərinə görə, o, parlamentin sədri vəzifəsində qalacağını düşünürdü, lakin eyni zamanda idarə heyətinin və partiyanın qərarından narazı deyil. O, hələlik Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla gələcək barədə müzakirələr aparmayıb, lakin siyasətdə özünü yalnız “Vətəndaş Müqaviləsi” partiyası və Paşinyanla işləmək kontekstində təsəvvür etdiyinə əminlik edib.

Xatırladaq ki, Alen Simonyan da yeni parlamentin sədri vəzifəsinə namizəd idi, lakin bu yaxınlarda hakim “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyəti onun namizədliyini deyil, hazırkı sədr müavini Ruben Rubinyanın namizədliyini təsdiqləyib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05