!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Erotik videolarla şantaj olunan XALQ ARTİSTİ: “Deyirlər, pul verməsən…” - FOTOLAR

!Reklam – Yazi

Xalq artisti Kazım Abdullayev şantaj olunduğunu bildirib.

Yenicag.az xəbər verir ki, aktyor bir xanım tərəfindən ona mesajlar yazıldığını, ondan pul tələb edildiyini deyib.

Xalq artisti polisə müraciət edərək kömək istəyib:

“Son vaxtlar məni erotik videolarla şantaj edirlər. Məndən pul istəyirlər. Bu nə mənim yaşıma, nə də statusuma yaraşan bir işdir. Hamınız məni gözəl tanıyırsınız. Mənim bu ağır vaxtımda – qardaş və bacı itirdiyim bir zamanda üstümə gəlirlər.

Kimin mənə qarşı təxribatı olduğunu bilmirəm. Əgər pul verməsəm, dostlara videonu göndərəcəkləri ilə şantaj edirlər. Gələn təhdid mesajlarını sizinlə bölüşürəm. Ona görə də mən “Facebook”, “Messenger” və “WhatsApp”ı bağlayıram. Hüquq mühafizə orqanlarından da xahiş edirəm, bu işdə mənə yardım etsinlər”.

O, təhdid mesajlarını da yayıb. Fotonu təqdim edirik:

Cəvahir

www.yenicag.az

1077
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv