Ərşad Hüseynov: “Qəzaların ziyanı 3 milyardı keçdi – Bağçadan başlamalıyıq!”
“Bu gün yol nəqliyyat hadisələri bizə 3 milyard manat ziyan vurur”
Yenicag.az xəbər verir ki, bunu “Yol nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” tədbirində çıxış edən Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, insanlar özün təhlükəyə atır:
“Yol nəqliyyat hadisələrinin baş verməsində insan faktoru tərəfini araşdırmaq lazımdır. Eyni zamanda yalnız sürücülük məktəbində yox, nəqliyyatla bağlı təhsil ən aşağıdan, bağçadan verilməyə başlanmalıdır. Xarici praktikada bunun həyata keçirilməsi müsbət nəticələr verib. Vurğulamaq lazımdır ki, bu gün yol nəqliyyat hadisələri bizə 3 milyard manat ziyan vurur. Bir sözlə, maarifləndirmədən başlayaraq, bu istiqamətdə çox ciddi addımlar atmaq lazımdır”.
Nəsimi Ələsgərli