"KTMT-dən çıxmağımız daha çox ehtimal olunur" - Paşinyan

media-hightechnic-468x90

“KTMT-dən çıxmağımız üzvlüyü ləğv etməkdən daha çox ehtimal olunur”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

Baş nazir həmçinin bildirib ki, Brüsselə səfəri zamanı Aİ-yə üzv olmaqla bağlı verilən suala müsbət cavab verib: “Brüsselə səfərimiz zamanı bizdən Aİ-yə üzv olmaq istəyib-istəmədiyimizi soruşdular və mən cavab verdim ki, bəli, biz bir olmaq istəyirik.

Ermənistan Avropa İttifaqına üzv qəbul edilərsə, əladır. Əgər nədənsə qəbul edilmirsə, istənilən halda Ermənistan Avropa standartlarına cavab verən ölkə olaraq qalır”.

O qeyd edib ki, viza rejiminin liberallaşdırılması prosesi çox mürəkkəb proses olsa da, kifayət qədər uğurla davam edir./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05