“Arsenal” Noni Maduekeni transfer ETDİ

media-hightechnic-468x90

Hücum xəttini gücləndirmək istəyən “Arsenal” klubu növbəti transferini rəsmiləşdirib.

Yenicag.az xəbər verir ki, “topçular” Londonun digər təmsilçisi “Chelsea” ilə Noni Maduekenin transferi üçün razılığa gəlib.

Transferin maliyyə detalları da açıqlanıb. Belə ki, “Arsenal” qarşı tərəfə 48 milyon avro əsas məbləğ və 4 milyon avro bonus olmaqla, ümumilikdə 52 milyon avro ödəyəcək.

22 yaşlı ingilis hücumçu, başa çatan mövsümdə “Chelsea”nin heyətində 46 oyuna çıxaraq 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Maduekenin “Arsenal”ın hücum xəttinə dinamika və çeviklik qatacağı gözlənilir.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600