Yayda maşınlar niyə YANIR? – Ekspert səbəbləri AÇIQLADI

media-hightechnic-468x90

“Avtomobillərə əlavə avadanlıqlar qoşulduqda faciəyə səbəb ola bilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib.

media-aslanesedov1

Ekspert son vaxtlar nəqliyyat vasitələrində yanma hadisələrinin artmasına münasibət bildirərək bu halların mümkün baş vermə səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, avtomobillərin dözümsüzlüyünün bir nümunəsi ondan ibarətdir ki, avtomobillərə əlavə avadanlıqlar qoşulduqda yanma kimi hallar baş verir:

“Əlavə avadanlıqlar dedikdə nəyi nəzərdə tuturuq? Elektriklə bağlı olan cihazlar, maqnitofon, işıq cihazları, səsgücləndiricilər və s. Bu kimi cihazlar qoşulduqda avtomobil yüklənməyə məruz qalır. Bu da öz növbəsində naqillərin qızmasına səbəb olur və ya naqillərin yanacaq xətlərinə, benzin şlanqlarına yaxın olması sonda böyük bir faciəyə səbəb ola bilər”.

Mütəxəssis hesab edir ki, maşınların anomal istilərdə yanma səbəblərindən digəri isə onların buraxılış ilinə bağlıdır:

“Digər səbəbi isə avtomobillərin buraxılış ili ilə də bağlı ola bilər. Köhnə avtomobillərdə naqillərin çəkilmə prosesləri çətin olur, ona görə də avtomobillər dözümsüz halda olur. Bu kimi amillər nəqliyyat vasitələrinə birbaşa təsir göstərə bilir. Ona görə də bu və ya digər formada avtomobillərin hər hansı spesifik xüsusiyyətlərə malik olması nəqliyyat vasitələrinin özünü idarə etməsinə çətinlik yaradır. Bunlar üst-üstə gələndə vətəndaş çox böyük xərcə düşür”.

Nurlan Cəfəri

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600