Rusiyalı idmançıya SİLAHLI HÜCUM – VİDEO
Rusiyalı qarışıq döyüş növləri (MMA) üzrə peşəkar idmançı Timur Xizriyev Dağıstanın paytaxtı Mahaçqalada silahlı hücuma məruz qalıb.
Yenicag.az xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
İki maskalı şəxs Xizriyevə yaşadığı yaşayış kompleksinin həyətində yaxınlaşaraq ona atəş açıblar. Rəsmi məlumatlara görə, idmançı beş güllə yarası alaraq xilas olsa da, şahidlər ümumilikdə ona 10 dəfə atəş açıldığını bildiriblər.
Təhlükəsizlik kamerasının görüntülərinə əsasən, Xizriyev avtomobilindən düşərək əşyalarını götürmək istəyərkən silahlı şəxslər ona arxadan hücum edib. MMA döyüşçüsü hücum edənlərdən biri ilə əlbəyaxa mübarizə apararaq hadisə yerindən qaçmağı bacarıb.
Daha sonra silahlılar onun ailə üzvlərini təhqir edərək ərazidən ağ rəngli “Lada Priora” markalı avtomobillə uzaqlaşıblar. Yerli KİV hadisənin şəxsi münaqişə zəminində baş vermiş ola biləcəyini yazır.
29 yaşlı Xizriyev çiyin, döş qəfəsi və əlindən yaralanıb. Həkimlər onun vəziyyətini stabil qiymətləndirir və həyatı üçün təhlükə yoxdur.
Hazırda hüquq-mühafizə orqanları hadisədə iştirak edən üçüncü şübhəlinin və digərlərinin axtarışını davam etdirir.
Xatırladaq ki, Timur Xizriyev indiyədək keçirdiyi 18 peşəkar döyüşün hamısında qələbə qazanıb. O, ötən ilin noyabrında britaniyalı Brendan Loufane üzərində qələbə ilə Peşəkar Döyüşçülər Liqasının (PFL) yüngül çəki üzrə çempionu olub.
Göycə Göycəyev