!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ersin Tatar: Qarabağda qazanılan qələbə Azərbaycanın böyük zəfəridir

!Reklam – Yazi

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar İstanbulda Qarabağ zəfərinin birinci ildönümü münasibətilə keçirilən “Qarabağ Azərbaycanındır” tədbirində iştirak edib.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının dəvəti ilə İstanbulda olan Prezident Ersin Tatar tədbirdən əvvəl Azərbaycan mətbuatına açıqlama verib.

Açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Ədalət Turanın dəvəti ilə tədbirə qatıldığını deyən Prezident Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyətindən sevgi, sayğı və salam gətirdiyini, həmçinin qardaş Azərbaycan xalqının böyük zəfərinin birinci ildönümünə qatıldığından mənmnun olduğunu söyləyib. Ersin Tatar həmçinin gələcəkdə Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasında əlaqələrinin inkişaf etdirilməsinin vacib olduğunu da qeyd edib. O bu qələbə münasibətilə Ali Baş Komandan İlham Əliyevi təbrik edərək bu hadisənin bütün türk dünyasının zəfəri olduğunu söyləyib.Qarabağın işğalçılardan azad edilməsinin ulu öndər Heydər Əliyevin Ali Baş Komandan İlham Əliyevə vəsiyyəti olduğunu xatırladan Ersin Tatar bu qələbənin böyük nailiyyət olduğunu qeyd edib.

Kipr türk xalqının bu günlərə döyüşərək və müqavimət göstərərək gəldiyini, Şimali Kipr Türk Cümhuriyyəti olaraq türk dünyasının bir parçası olmaqdan qürur duyduqlarını ifadə edən Prezident Ersin Tatar, Ana Vətən Türkiyə Cümhuriyyəti ilə yaxşı münasibətlərdə olduğunu, aparılan müstəqillik və azadlıq mübarizəsinə görə qürur duyduğunu söyləyib.

Prezident Ersin Tatar Kipr türk xalqının öz müstəqilliyi üçün mübarizə apardığını ifadə edərək deyib: “Kipr Türk xalqı adından bütün Azərbaycan xalqına ən səmimi hisslərimlə müraciət etmək istərdim. Sizin qələbəniz bizim qələbəmizdir. Sevinciniz sevincimiz, ağrınız ağrımızdır. Bilirəm ki, bizim mübarizəmizdəki ağrı sizin də ağrınızdır”.

Ersin Tatar gələcəkdə Azərbaycanla münasibətlərin inkişaf etməsində, mədəni, iqtisadi və hər cür əməkdaşlığın daha da artmasında maraqlı olduğunu dilə gətirib. Azərbaycandan daha çox turistin, tələbələrin və investorların gəlməsini arzulayan Prezident Tatar gələcəkdə öz xalqının da Azərbaycana səfər etməsində maraqlı olduğunu bildirib.

Türkiyə Cümhuriyyətinin dəstəyi ilə bu coğrafiyada birlikdə var olmaqdan və mübarizə aparmaqdan xoşbəxt olduğunu bildirən Ersin Tatar belə bir möhtəşəm tədbirdə iştirak etdiyi üçün çox məmnun olduğunu həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin 38-ci ildönümündə sizləri də aramızda görməkdən şad olduğunu qeyd edib.

www.yenicag.az

400
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv