Ərsin Tatar təyyarə qəzasında həlak olanlara ehtiramını bildirdi

media-hightechnic-468x90

“Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insan tələfatı ilə əlaqədar Azərbaycan-Kipr Dostluq Cəmiyyətində anım guşəsi yaradılıb və başsağlığı kitabı açılıb. Cəmiyyətin qarşısındakı dövlət bayrağımız yarıya endirilib.

Yenicag.az xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinə gələrək həlak olanlara ehtiramını bildirib, başsağlığı kitabına ürək sözlərini yazıb.

Şimali Kipr Türk Cümhuriyyətində yaşayan soydaşlarımız və ölkəmizin dostları anım guşəsini ziyarət etməkdə davam edir.

Dünyanın 18 ölkəsində 29 Azərbaycan Evi var və həmin evlərdə anım guşələri yaradılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600