!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əsas işi seçkidə iştirak olan partiyalar bu imkandan istifadə etmirlərsə...” - REAKSİYA

!Reklam – Yazi

“Ardıcıl iki dəfə seçkilərdə iştirak etməyən partiyaların qeydiyyatının ləğvi normal hesab olunmalıdır”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə seçkilərdə ardıcıl iki dəfə öz namizədləri ilə iştirak etməyən partiyaların qeydiyyatının ləğv olunmasına dair müddəanın daxil edilməsinə münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.ASDP sədrinin fikrincə, heç bir amil partiyaların seçkilərdə iştirakdan imtina etməsi üçün əsas olmamalıdır:

“Əslində, siyasi partiyaların əsas funksiyası ölkədə keçirilən bütün seçkilərdə iştirak etməkdir. Əgər seçkidə iştirak etməsələr, öz məqsədlərini hansı formada həyata keçirə bilərlər?

O baxımdan, yeni qanun layihəsində göstərildiyi kimi, ardıcıl iki dəfə seçkilərdə iştirak etməyən partiyaların qeydiyyatının ləğvi normal hesab olunmalıdır. Yəni seçkidə iştirak etməyən partiyanın mövcud olmasının nə mənası var ki?

O ki qaldı partiyaların namizədinin süni şəkildə qeydə alınmaması ehtimalına, bu da çıxılmaz vəziyyət deyil. Partiyalar öz namizədlərinin qeydə alınması üçün imza toplamaq və o imzaları qorumaq imkanında olmalıdırlar ki, belə vəziyyətlə qarşılaşmasınlar”.

A.Zeynalov

www.yenicag.az

477
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv