“Əsgərə məktub” layihəsi çərçivəsində hərbi hissədə görüş

media-hightechnic-468x90

Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi “Əsgərə məktub” layihəsi çərçivəsində “N” nömrəli hərbi hissədə görüş keçirib.

Yenicag.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Gəncə şəhər Paşa Hüseynov adına Futbol Təmayüllü İnternat tipli Gimnaziyanın şagirdləri, onların müəllim və valideynləri iştirak edib.

Görüş zamanı Azərbaycan Ordusunun yaranma tarixi, hərbi hissənın keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verilib, şagirdlərin hərbi qulluqçular üçün yazdıqları məktublar oxunub. Məktəblilər hərbi vətənpərvərlik mövzusunda şeirlər söyləyib və mahnılar ifa ediblər.

Əsgərlər onlara ünvanlanan məktublara cavab yazdıqdan sonra xatirə şəkli çəkdirilib.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa