!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eskişehirdə Həmrəylik Günü və Yeni il qeyd olundu - FOTO

!Reklam – Yazi

Bu gün Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən azərbaycanlı gənclər, ailələr və Azərbaycan sevdalılarının qatıldığı Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilib.

Lidya Parkda keçirilən tədbirdə öncəliklə, məşhurların Azərbaycan xalqına və Eskişehirdə yaşayan həmvətənlərinə yönəlik təbrik videosu yayınlanıb.

Ardınca, Eskişehir Azərbaycanlılar Dərnəyi Başkanı Uzm. Ecz. Cavid Aydın açılış nitqi ilə çıxış etdi. Çıxış zamanı 44 günlük savaşda birlik və bərabərliyimizin ölkəmizə qalibiyyət gətirməsini vurğulandı. Həmrəyliyimizin daim olması istəkləri çatdırılaraq gələn qonaqlara təşəkkür edilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Sədri Fuad Muradova dərnəyin bir sıra üzvlərinə təşəkkürnamə verilməsi səbəbi ilə təşəkkür edildi.Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən də aktivliklərinə görə Eskişehirdə yaşayan bir neçə azərbaycanlıya təşəkkürnamə təqdim edilib. Daha sonra Eskişehir Azərbaycanlılar Dərnəyi Gənclik Komitəsi tərəfindən azərbaycanlı tələbənin 1 günlük həyatını özündə əks etdirən ikinci bir video nümayiş etdirilib. Videodə baş rolda çəkilən Eskişehir Osmangazi Universitetinin Tibb ixtisası üzrə 1.kurs tələbəsi Emil Hüseynzadənin timsalında burda yaşayan bir tələbənin həmyerliləri ilə olan birlik və bərabərliyi göstərilib.

Eskişehir Azərbaycanlılar Dərnəyinin “Turan” musiqi qrupunun müşayiəti ilə tədbir davam etdirildi. Ən sonda dərnək başkanı Uzm. Ecz. Cavid Aydın bağlanış nitqi ilə gələnlərə yenidən təşəkkürlərini çatdırdı. Birliyimizin davam etdirilməsi və daha da möhkəmlənməsi ilə bağlı xoş arzularını insanlara çatdırıb.

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv