!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Eurovision 2019”da Azərbaycanın çıxış vaxtı bəlli oldu - FOTO/VİDEO

!Reklam – Yazi

İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək sayca 64-cü “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində ölkələrin hansı nömrə altında çıxış edəcəyi dəqiqləşib.

Yenicag.az xəbər verir ki, Azərbaycan bu il bütün finalçıları müəyyənləşdirəcək gecənin bağlanışını edəcək.

Azərbaycanı müsabiqədə təmsil edən Çingiz Mustafazadə “Truth” (“Həqiqət”) adlı mahnı ilə ikinci yarımfinalda, yəni mayın 16-da, 18-ci nömrə altında səhnəyə çıxacaq.

Avroviziya-2019 mahnı müsabiqəsinin şüarı “Dare to Dream”dir (“Arzulamağa cürət et”).

Qeyd edək ki, müsabiqənin birinci yarımfinalı mayın 14-də, ikinci yarımfinalı mayın 16-da, final isə mayın 18-də keçiriləcək.

Ümumilikdə builki müsabiqədə 41 ölkə təmsil olunacaq.

 

 

www.yenicag.az

14899
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv