Evdə baş verən yanğın mağazaya keçdi

media-hightechnic-468x90

Bakıda birmərtəbəli evdə baş verən yanğın mağazaya keçib.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 17 m² sahədə, dam örtüyü 120 m² sahədə, bitişik ümumi sahəsi 88 m² olan ərzaq mağazasının dam örtüyünün taxta atmaları və rəflərə yığılan ərzaq malları yanıb.

Yüksək temperaturdan lambirdən ibarət tavan əriyib. Evin və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600