“Everton”un müdafiəçisi millimizlə oyunu buraxacaq

media-hightechnic-468x90

DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunda Azərbaycan millisinin qonağı olacaq Ukrayna seçməsinin heyətində ciddi itki baş verib.

Yenicag.az xəbər verir ki, sol cinah müdafiəçisi Vitali Mikolenko sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

“Everton”un futbolçusu klubunda zədə alıb. Onun əvəzinə Kiyev “Dinamo”sundan Vladislav Dubinçak yığmaya dəvət olunub.

Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması 9 sentyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa