Əvəz Zeynallının məhkəməsi onlayn keçiriləcək

media-hightechnic-468x90

Bu gün “Xural” TV-nin həbsdə olan rəhbəri Əvəz Zeynallının məhkəməsi keçiriləcək.

“Unikal”ın əldə etdiyi məlumata görə, Əvəz Zeynallı məhkəmə iclasına onlayn qoşulacaq.

Saat 15:15-də başlaması nəzərdə tutulan iclasda Əvəz Zeynallının cəzasının çəkilməmiş hissəsindən azad edilməsi məsələsi müzakirə ediləcək. Qərarı Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli qəbul edəcək.

Qeyd edək ki, Əvəz Zeynallıya bir müddət əvvəl xərçəng diaqnozu qoyulub. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət edilib. Qanuna görə, məhkum ağır xəstəliyə tutularsa, cəzaçəkmədən azad edilə bilər.

Cinayət Məcəlləsinin 311.3.3, 311.3.4, 312.2-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağlr Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600