Evlər kütləvi şəkildə söküləcək
Türkiyədə keyfiyyət standartlarına uyğun gəlməyən, həmçinin qəzalı vəziyyətdə olan 6,5 milyondan çox ev söküləcək.
Yenicag.az müsavat-a istinadən bildirir ki, evlərin sökülməsi “Dönüşüm Kentsel” layihəsi çərçivəsində reallaşdırılacaq.
Ətraf Mühit və Şəhərsalma Nazirliyi bildirib ki, evləri söküləcək vətəndaşlara dövlətdən lazımi miqdarda kompensasiya ödəniləcək. Nazirlik vətəndaşların mülkiyyət hüquqlarının pozulmayacağını bildirib.
Evlər 18 ay ərzində dağıdılacaq.