!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evli kişilərlə qadınların EŞQ MACƏRALARI: Toplumun genetik kodunu pozan nədir? - Psixoloq AÇIQLAYIR

!Reklam – Yazi

“Xanımların istəkləri həddindən artıq çoxdur. Bu da onları yalnış yollara apara bilər”.

Bu fikirləri son həftə ərzində baş verən məlum olay fonunda subay qadınların evli kişilərlə münasibət qurmasının səbəbləri barədə danışan psixoloq Gülnar Orucova Yenicag.az-a açıqlamasında deyib.

Psixoloqun sözlərinə görə, məntiq evliliyi uydurmadır, sevərək ailə həyatı qurmaq lazımdır:

“Öz ayaqları üzərində durmağı bacarmalıdırlar, təhsil almalıdır. Azərbaycan qadını özü-özünü təmin etməlidir. Amma bu gün görürük ki, qadınlar kişilərə daha çox pula görə maraq salırlar. Ümumiyyətlə, subay qadının evli kişinin həyatında heç bir yeri ola bilməz. Gedib subay biri ilə münasibət qursa, daha yaxşı olar. Empatiya hissi olmalıdır. Özünü həmin kişinin həyat yoldaşının yerinə qoy. Sən razı olarsanmı, həyat yoldaşın subay qadınla münasibət qursun? Yox. Bəs niyə özün bunu edirsən? Mahiyyət etibarilə ya iyirmi minlik, ya da iki yüz minlik maşın olsun, nə fərqi var ki? Bizdə mənəvi cəhətdən kasıblıq var. Ona görə də həmişə özümüzü zəngin göstərməyə çalışırıq. Deyirik ki, qır-qızıl taxsam, daha bahalı maşın sürsəm, ancaq brend geyinsəm, daha varlı görünəcəm. Hətta bunu əldə etmək üçün bəzən özlərindən yaşca qat-qat böyük, qoca, varlı, qanunsuz işlərlə məşğul olan, evli insanlarla münasibət qururlar. Bu, düzgün deyil. Həmçinin bəzən görürük ki, kimsə varlıdır. Onunla ailə quran qadın da deyir ki, məntiq evliliyidir. Məntiq evliliyi deyilən bir şey yoxdur. Sevib evlənmək lazımdır. Belə ailələr daha uzunömürlü olur”.

Psixoloq ayrılığın mümkün nəticələrindən də danışıb:

“Bu gün qadınlar qarşısındakını istəmirsə, ayrılır. Amma əvvəllər ayrılmaq yox idi. Qadın ya intihar edirdi, ya da ölənə kimi o evdə qalırdı. Valideynlər də deyirdilər ki, səni gəlinliklə vermişəmsə, ancaq kəfənlə çıxa bilərsən. Əgər qadın əziyyət çəkirsə, ayrılmalıdır. Ayrılmağın özü də bir mədəniyyətdir. Bəzən ayrılırlar, başlayırlar, bədənlərini satmağa. Belə addımlar atmaq doğru deyil. Bundan əlavə, bir qadın yanlış addım atırsa, o demək deyil, bütün qadınlar pisdir. Bəli, şiddətə yox deyək. Amma qadın da öz yerini və həddini bilməlidir. Başqasının ailəsini dağıtmaq olmaz. Ailə bir dövlətdir. Sən “dövlət”i dağıtmış olursan. Həmçinin həyat bir bumeranqdır. Nə etsən, özünə qayıdacaq. Dünya malına hərislik etmək yanlışdır. Pul hər şey deyil”.

Şahanə Paşa

www.yenicag.az

384
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv