!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Ey Qərb, hardasınız?" - Ərdoğan

Reklam: Sinerji Pro

“Ey Qərb! Haradasınız? Niyə səsiniz çıxmır? Niyə susdunuz? Sizdə belə bir şey olduğunda fəryadlarınız bitmirdi”.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Trabzon təşkilatının konfransında çıxışı zamanı deyib.

“15 iyul hadisəsi oldu, səsiniz çıxmadı. İndi bu hadisə oldu, yenə səsiniz çıxmır. Səsiniz çıxsa da, çıxmasa, biz vəzifəmizi bilirik. Bu terrorçulara bu ölkədə fürsət verməyəcəyik. Öz təhlükəsizlik və rifahları üçün dünyanı atəşə atmaqdan çəkinməyənlərin qətiyyətsizliyi bu cür vəziyyətlərdə özünü daha çox bəlli edir. Bir başqa ölkənin başına gəlsə, bütün dünyanı ayağa qaldırardılar. 13 məsumun qətli hadisəsində isə bir neçə cılız səs xaricində Türkiyənin yanında heç kimi görə bilmədikş Ey Qərb, hardasınız? Səsiniz çıxsa da, çıxmasa da, biz işimizi bilirik. Bu terrorçulara bu ölkədə fürsət verməyəcəyik”, – deyə Türkiyə prezidenti söyləyib.

www.yenicag.az

469
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100