!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eyni it üç nəfəri dişlədi - Azərbaycanda

!Reklam – Yazi

Oğuzda iki, Şəkidə isə bir nəfəri it dişləyib.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 20 radələrində Oğuz rayonu Astraxanovka kənd sakinləri olan 1973-cü il təvəllüdlü Vəkalət Adışirin qızı Şahhüseynova və onun 2015-ci il təvəllüdlü nəvəsi Bəxtiyar Orxan oğlu Mustafayev, saat 20:40 radələrində isə Şəki rayonu Qoxmuq kənd sakini 1959-cu il təvəllüdlü Mehriban İsrail qızı Bəşirova it dişləməsi xəsarətləri ilə xəstəxanaya daxil olublar.

Müayinə zamanı məlum olub ki, eyni it Vəkalət Şahhüseynovanın sağ bud, sol baldır və sağ əlin baş barmağını, nəvəsinin qarın nahiyəsini, Mehriban Bəşirovanın isə sol ayağın baldır nahiyəsini dişləyib.

Hər üç şəxsə lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd edildikdən sonra evə buraxılıblar.

Yenicag.az 

www.yenicag.az

900
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv