!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əyyaş xanımını məhkəməyə verən kişinin özünü cəzalandırdılar – KURYOZ  

!Reklam – Yazi

Zərərli vərdişlərdən əl çəkməyən həyat yoldaşından ayrılmaq üçün məhkəməyə üz tutan kişini haqsız çıxardılar.

Yenicag.az xəbər verir ki, məhkəmə kişini iddiasını qəbul edərək, onun xeyrinə qərar çıxarsa da, yuxarı instansıyanın müdaxiləsi nəticəsində vəziyyət dəyişib.

Əslində, yaşananlar belə olub: Bir müddət münasibətdə olan cütlük evlənməyə qərar verir. Ər siqaret çəkən, spirtli içki içən arvadından bu pis vərdişləri tərgitməsi üçün söz verməyini istəyir.

Cütlüyün 3 övladı dünyaya gəlsə də, gənc qadın siqartet çəkməyə, içki içməyə davam edir. Bunu görən ər arvadının pis vərdişlərdən əl çəkmədiyini əsas götürərək, boşanmaq üçün məhkəməyə müraciət edir.

Lakin məhkəmə zamanı qadın siqaret çəkdiyi, spirtli içki içdiyi üçün ərinin onun saçlarını yolduğunu bildirərək, ona qarşı əks-iddia qaldırır. Bundan sonra ər bildirib ki, qadın siqaret çəkməyəcəyinə, içki içməyəcəyinə söz verərək, onu evlənməyə razı salıb, 2-ci və 3-cü uşaqları da onun təkidi ilə dünyaya gəlib.

Qadın nəinki pis vərdişlərindən əl çəkməyib, hətta tüfeyli həyat yaşamağa, uşaqlardan vasitə kimi istifadə etməyə başlayıb, əri tərəfindən zorakılığa məruz qaldığını deyərək, özünü zərərçəkən kimi göstərib.

Cütlüyü dinləyən hakim yekunda kişinin iddiasını təmin edib. Qərar qəbul edildikdən sonra Hüquq Dairəsi işı qarışaraq, kişinin xeyrinə qəbul edilən məhkəmə qərarını qüvvədən salıb.

Bu zaman kişinin “əxlaqsız, içki içən” kimi sözlərlə arvadını insanlar arasında təhqir etməsi və saçlarını yolaraq, ona qarşı fiziki təzyiq göstərməsi əsas götürülüb.

Firuzə Alimova

www.yenicag.az

1456
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv