!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əziz Orucov azadlığa buraxıldı

!Reklam – Yazi

Bu gün Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən iclasda “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun kassasiya şikayətinə baxılıb.

Yenicag.az-ın məlumatına görə, vəkil Cavad Cavadov bildirib ki, Əziz Orucovun ittiham olunduğu Cinayət Məcəlləsinin 192.2-ci maddəsi ilə onun əməlində cinayət tərkibi olmadığına görə qərar ləğv olunub, həmin hissədə iş üzrə icraata xitam verilib.

Cinayət Məcəlləsinin 308.2-ci maddəsi 308.1-ci maddəsinə tövsif olunmaqla barəsində 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70- ci maddəsi tətbiq olunaraq 3 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

COP29

www.yenicag.az

2126
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv