"Facebook" 5 milyard dollar cərimə ödəyəcək - Qərar dəyişmədi

media-hightechnic-468x90

“Facebook” 5 milyard dollar cərimə ödəyəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Federal Ticarət Komissiyasının bəyanatında deyilir.

Bəyanatda bildirilib ki, ABŞ Federal Məhkəməsi Federal Ticarət Komissiyasının istifadəçilərin şəxsi məlumatlarının marketinq məqsədi ilə üçüncü tərəf şirkətinə ötürülməsi ilə əlaqədar aparılan istintaq çərçivəsində “Facebook”un cərimə ödəməsi barədə qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, ötən ilin iyul ayında Elektron Fərdi Məlumat Mərkəzi (Electronic Privacy Information Center, EPIC) amerikan qeyri-hökumət insan hüquqları təşkilatı “Facebook”un bu işlə bağlı daha az cərimə ödəməsi barədə qərarına yenidən baxılması üçün məhkəməyə müraciət edib. Müdafiəçilərin fikrincə göstərilən cərimənin məbləği “adekvat, məqbul və uyğun” olmayıb.

5 milyard dollar cərimə edilməsinə dair qərar ölkə tarixində ikinci ən böyük cərimə olaraq qalır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600