“Facebook”-da başlayan tanışlığın daha bir faciəvi sonu…
Rumıniyada bir kişi Facebook-da tanış olduğu qadını meşəyə apardıqdan sonra ona təcavüz edib.
Daha sonra isə onu amansızcasına öldürüb.
Eşq həyatında şanssız olan 30 yaşlı romalı qadın Eliza Dragne Facebook vasitəsilə 29 yaşlı Nicu Alin Cristea adlı bir kişi ilə tanış olub.
Sarışın qadın Cristea onunla görüşmək təklifini qəbul edib. Özünü xeyirxah biri insan kimi tanıdan Cristea vaxtını yetim uşaqlara sərf etdiyini deyib. Ancaq o, qadını kafe əvəzinə meşəlik bir sahəyə aparıb.
Burada qadına təcavüz edib, döyüb və boğub öldürüb. Qadının öldüyünü zənn edən qatil onun boynuna “otvyorka” keçirib. Sonra isə cib telefonunu götürüb və Facebook-dan özüylə əlaqəli bütün dəlilləri silib.
Eliza isə yola qədər sürünməyi bacarıb və onu görənlər polisə xəbər verib.
Meşəlik sahəyə polisin və təcili yardımın çatması xeyli vaxt çəkib.
Vertolyotla xəstəxanaya qaldırılan Eliza qatilin Cristea olduğunu söyləyib. Sonra həkimlərin səyinə baxmayaraq o, komaya girib və dünyasını dəyişib.
Cristeanın evinə gedən polis onu tutub. Qatil evdə arvadıyla evliliklərinin birinci ayını qeyd edirmiş. O, öncə iddiaları rədd edib, ancaq polis onun adının Eliza tərəfindən deyildiyini söyləyəndən sonra əlacsız qalıb və evində həbs olunub.
Elizanın 53 yaşlı anası Rodica Dragne isə qızının ölüm xəbərindən bərk sarsılıb.
“Bir ana qızını belə görüncə, necə hiss edə bilər” deyən Rodica “Onun evi və evliliyi var idi, niyə mənim qızımın yeni həyata sahib olmaq şansını yox etdi?” sözlərini deyib.
Ana qızının orqanlarını bağışlamaq qərarı verib. Elizanın orqanları 3 nəfərin həyatını qurtarıb.