“Facebook”un yeni qərarı

media-hightechnic-468x90

34411556“Facebook”da indiyə qədər iki axtarış sistemi işləyib. Veb-məzmun üzrə axtarış “Bing” sisteminə əsaslanıb, “sosial axtarış” isə “Facebook Graph Search” sisteminin hesabına işləyib.

Ancaq hazırda “Facebook” saytda axtarış funksiyasının reallaşdırılması üzrə yanaşmasına yenidən baxıb.

“Biz hazırda “Facebook” axtarış sistemində edilmiş sorğular əsasında veb-məzmun üzrə axtarış nəticələrini göstərmirik, çünki əsas məqsədimiz insanlara sosial şəbəkədə mübadilə edilən informasiyanı tapmaqda kömək etməkdir. Biz “Microsoft”la bir çox sahələrdə əməkdaşlığa davam edəcəyik” – sosial şəbəkənin nümayəndəsi deyib. “Microsoft” bu informasiyanı şərh etrməyib.

“Statcounter” xidmətinin məlumatına görə, “Bing” populyarlığına görə dünyanın ikinci axtarış sistemidir. Ancaq 4,4 faiz bazar payına malik “Microsoft”un axtarış sistemi “Google”dan çox geri qalıb.

(xezerxeber.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600