Faktiki hava açıqlandı

media-hightechnic-468x90

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən xəbərə görə, aprelin 24-ü saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb. Naxçıvan MR-da yağıntılar leysan xarakterli olub.

Belə ki, düşən yağıntının miqdarı Şərurda 24, Şahbuzda 19, Sədərəkdə 15, Naxçıvanda 8, Lənkəranda 6, Beyləqan, Culfa, Ordubad, Yardımlı, Gədəbəy, Lerik, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Astara, Cəlilabad, Kəlbəcər, Zəngilan, Laçın, Füzuli və Daşkəsəndə 4, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

Qərb küləyi əsib, küləyin sürəti Göygöldə 23 m/s, Daşkəsəndə 18 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 22, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 18 dərəcəyədək isti qeydə alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600