Qırğızıstan parlamentinin Siyasət Komitəsi “Reklam haqqında” qanuna dəyişiklik edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun layihəsinə əsasən, respublikada falçıların və ekstrasenslərin reklamının qadağan edilməsi nəzərdə tutulub.
Yenicag.az xəbər verir ki, bu barədə 24.kg xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, sənədin təşəbbüskarı 25 deputatdır. Qanun layihəsinin təşəbbüskarı, deputat Marlen Mamatəliyev qeyd edib ki, həyatda çətin vəziyyətdə olan vətəndaşlar çox vaxt ekstrasenslərə və cadugərlərə müraciət edirlər ki, onlar öz fövqəltəbii qabiliyyətlərinin köməyi ilə problemlərdən qurtulmağa zəmanət verirlər. Qanun layihəsi vətəndaşların şüurunun manipulyasiyasını dayandırmaq üçün hazırlanıb.
Mamatəliyev qanun layihəsini 2023-cü ilin noyabrında irəli sürüb.
Yenicag.az
www.yenicag.az