!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Fanat.Az 14 yaşında

!Reklam – Yazi

Bu gün Fanat.Az-ın yaranmasının 14 ili tamam olur. 2008-ci ilin 5 oktyabrında müstəqil Fanat.Az domenində fəaliyyətə başlayan sayt idman sahəsində Azərbaycanın ilk milli xəbər portalıdı. Bu vaxta qədər rus dilində, həmçinin agentliklərin əlavəsi olaraq Azərbaycan dilində xəbər saytları fəaliyyət göstərsə də, Fanat.Az ilk dəfə müstəqil şəkildə və doğma dildə fəaliyyət göstərən idman saytı olaraq tarixə düşüb. Bundan sonra yeni saytlar fəaliyyətə başlayıb və Azərbaycan idman mediası inkişaf dövrünə qədəm qoyub.

İlk gündən oxucuların sevimlisi olan Fanat.Az qısa müddətdə idman mediasının öncüllərindən birinə çevirilib. Azərbaycanla yanaşı, ölkə xaricində yaşayan minlərlə soydaşımız hər gün idman xəbərlərini məhz Fanat.Az səhifələrindən oxuyur.

Hazırda saytımız Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin keçirdiyi “Onlayn media subyektlərinə (veb-saytlara) dəstək” layihəsi üzrə müsabiqələrin qalibidir.

Zaman-zaman maliyyə böhranı ilə üzləşsə də, çətinliklərə sinə gərərək fəaliyyətini fasiləsiz davam etdirən sayt bu gün 14 yaşını qeyd edir. Fanat.Az-ın kollektivi bu günə qədər saytı oxuyan və yaşamasına səbəb olan oxucularına, indiyədək saytda çalışmış jurnalist həmkarlarına təşəkkür edir.

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv