Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyuldu: Aeroportdan geri qaytarıldı

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulubmuş.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, buna səbəb Fatma Abdullazadənin rəhbərlik etdiyi sahə üzrə fəaliyyətinin istintaqda araşdırılması olub.

Bir müddət əvvəl Fatma Abdullazadə Azərbaycandan müalicə adı ilə xaricdə yaşamağa getmək istəyərkən hava limanından geri qaytarılıb və ölkədən çıxışına “stop” qoyulduğu deyilib.

Hazırda sabiq şöbə müdirinin ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılıb-qaldırılmaması barədə məlumat yoxdur.

Qeyd edək ki, Fatma Abdullazadə 1993-2005-ci illərdə Azərbaycan Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005-2017-ci illərdə isə Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb.

www.yenicag.az

1049
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100