!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Faytonçu Nazim Əli Mirəliyevi SUSDURDU: “Kim kimlə nə edir, sənə nə?” - QALMAQAL

!Reklam – Yazi

Müğənni Əli Mirəliyevin xanım müğənnilər barədə səsləndirdiyi “Rusiyaya konsert verməyə yox, başqa şey verməyə gedirlər” ifadəsi bir çox şou əhlini özündən çıxarıb.

Yenicag.az-a açıqlama verən müğənni Faytonçu Nazim buna görə Əli Mirəliyevi sərt tənqid edib:

“Əli Mirəliyev sən gözünlə görmüsən ki, onlar orada nə işlə məşğuldur? İnsan gözüylə görmədiyi şey haqqında necə danışa bilər? Bax, problem bundadır. Tutalım, Rəqsanə orada nəsə danışıb, ya qeyriləri, sən Əli onların dediyindən niyə nəticə çıxarırsan? İnsanın gözülə görmədiyi şey haqqında nəsə danışması, fitva verməsi günahdır. Bunun əleyhinəyəm. İkincisi də, kimsə orada nə işlə məşğul olursa, bundan sənə nə ay Əli? Bunun sənə nə istisi, nə soyuğu? Özü bilər kimlə oturur, kimlə yatır, kimlə durur, öz şəxsi həyatıdır. Şəxsi həyatını da kim necə yaşayır, özü bilər. Heç kim heç kimin şəxsi həyatına müdaxilə edə bilməz. Müğənnilərdən bildiyimə görə Elnarə Abdullayeva, Mətanət İsgəndərli, Şəbnəm Tovuzlu Moskvada konsert veriblər. Onlar da toylarını oxuyub, pullarını qazanıblar. Başqa kim nə işlə məşğuldur, özü bilər, mənə aidiyyatı yoxdur. Şəxsi həyatıdır, özü bilər. Sən Əli gecə harada yatırsan, kimlə yatırsan, necə yatırsan bu, heç kimə maraqlı deyil axı”.

Nehru

www.yenicag.az

785
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv