!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FED-in səbirsizliklə gözlənilən QƏRARI: Sabah açıqlanacaq pul siyasəti...

!Reklam – Yazi

Qlobal bazarlar ABŞ Federal Ehtiyat Sisteminin sabah açıqlayacağı pul siyasəti qərarlarına fokuslanıb.

Yenicag.az “Trthaber”ə istinadən bildirir ki, sabah FED-in faiz dərəcələrini 48 faiz ehtimalla 50 bənd, 47 faiz ehtimalla 75 bənd artıracağı proqnozlaşdırılır.

Ötən gün neft şirkətlərinə zəng edən ABŞ Prezidenti Co Bayden ölkənin iqtisadi çətinliklər yaşadığı bir vaxtda böyük neft şirkətlərinin üzərinə düşəni etmədiyini bildirib. Onun sözlərinə görə, 6 ən böyük neft şirkətinin son altı ayda ümumi mənfəəti 100 milyard dollardan çox olub və bu, neft şirkətlərinin qazancının inanılmaz dərəcədə yüksək olduğunu göstərir.

Sözügedən şirkətlər “yüksək gəlirlərini” istehlakçıya əks etdirsələr, neft qiymətləri daha 50 sent ucuzlaşacaq. Həmçinin ABŞ-dəki əməliyyatlara sərmayə qoyularsa, qiymətlər daha da aşağı düşə bilər.

Analitiklərə görə, Asiyada regional iqtisadiyyatlarda da tənəzzül əlamətləri artmaqda davam edir.

Gülşən

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv