“Federallaşma məsələsi müzakirə olunmayıb”
“Fevralın 5-də Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın iştirakı ilə keçirilən görüşdə federallaşma məsələsi müzakirə olunmayıb”.
Yenicag.az apa-ya istinadən bildirir ki, bunu Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko deyib. “Ukrayna unitar dövlət olub və olacaq”, – deyə o, söyləyib.
Qeyd edək ki, Fransanın “Le Figaro” qəzeti yazıb ki, Merkel və Ollandın sülh planında Ukraynanın federallaşması nəzərdə tutulur.