!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fəlsəfə doktoru xəbərdarlıq etdi: "Köhnə kitabların tozu göz xəstəliklərinin yaranması üçün riskdir"

!Reklam – Yazi

Kompüterlər, müxtəlif ölçüsü və şrifti olan mətnlər və köhnə kitabların tozu göz xəstəliklərinin yaranması və gözün zəifləməsi üçün risk faktorları sırasındadır.

Yenicag.az xəbər verir ki, bunu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) Elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva “Göz xəstəliklərinin profilaktikası və aşkarlanması” mövzusunda keçirilən mühazirə-seminarda çıxış edərkən deyib.

O, bu səbəbdən kitabxana əməkdaşlarının ildə ən azı 1 dəfə gözlərinin müayinə edilməsini vacib sayıb.

Y.Abdıyeva mərkəzin müxtəlif istiqamətlərdə fəaliyyətindən, tez-tez rast gəlinən göz xəstəlikləri və onların profilaktikası, risk qrupuna aid olan əhali arasında göz xəstəliklərinin qarşısının alınması və erkən diaqnostika imkanları barəsində geniş məlumat verib.

Mərkəzin həkim-oftalmoloqu Könül Feyziyeva 40 yaşından yuxarı şəxslərdə qlaukoma, katarakta və onların fəsadları, buynuz qişasının patologiyası haqqında təqdimat edib.

Seminardan sonra MOM tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının əməkdaşlarının gözləri oftalmoloji müayinədən keçirilib.

www.yenicag.az

1531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv